Gizli evlənən cütlük ilk fotosunu paylaşdı

16 İyun 2017 23:30

Xəbər verdiyimiz kimi, keçmiş sevgililərini döyməsi iddiaları ilə gündəmə gələn aktyor İnan Ulaş Torun və sevgilisi, aktrisa Alqı Eke iyunun 1-də gizlicə ailə qurublar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa ilk dəfə evlilikdən sonra sosial mediada əri ilə şəklini paylaşıb. 

Alqı İnanın əlini tutduğu və üzüklərinin göründüyü fotonun altına "eşq" qeydini yazıb.
Şəklə qısa zamanda 2 mindən çox bəyənmə gəlib.

Milli.Az