Beynəlxalq Muğam Mərkəzində Qurtuluş gününə həsr olunmuş konserti keçirildi - FOTO

16 İyun 2017 19:10

14 iyunda Beynəlxalq Muğam Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin möhtəşəm çıxışı baş tutdu.

Milli.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət Və Turizm Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirildi. Tədbir zamanı məktəbin şagird və müəllim heyəti maraqlı və rəngarəng proqramla çıxış etdilər. Şagirdlərin ifasında V.Adıgözəlovun "Lay-lay", "Qərənfil", S.Raxmaninovun "Rapsodiya", H.Rzayevin "Çahargah" rapsodiyası, T.Quliyevin "Marş", "Bağçamız","Gəzinti", M.Maqomayevin "Odlar yurdu", Q.Forenin "Apres un reve", Y.Doqanın "Vals", E.Qriqin "Vals", Azərbaycan xalq mahnısı "Sarı gəlin" və digər unudulmaz əsərlər səsləndi. Konsertdə tamaşaçılar qarşısına məktəbin şagirdləri Ayla Qaracayeva ,Fərid İslamlı, Samir Pənahov, Eldar Bayramov, Amin Məhərrəmzadə, Zərifə Alxazova, Ağaşirin Həsənov, Kamil Mikayılov, Fəqan Həsənli, Nərmin Quliyev, Sevil Kəngərli, Rövşən Zülfüqarov, Xanim Kərimova və "İncilər" violençel ansamblı çıxış etdilər. İfalar piano, tar, kamança, skripka və digər musiqi alətlərinin müşaiyəti ilə səsləndi. Konsertin sonunda bütün iştirakçılar səhnəyə çıxdı və tədbir gur alqışlarla başa çatdı.

Milli.Az