Fidan Qasımova "İstiqlal" ordeni ilə təltif edildi

16 İyun 2017 17:49

Prezident İlham Əliyev F.Ə.Qasımovanın "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fidan Əkrəm qızı Qasımova "İstiqlal" ordeni ilə təltif edilsin".

Milli.Az