Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Noulz əkizlərini dünyaya gətirib.
Milli.Az Daily Mail-ə istinadən bildirir, 35 yaşlı Beyonse oğul və qız doğub.
Müğənni, habelə onun 47 yaşlı əri, reper və prodüser Cey Zi bu barədə heç bir açqılama verməyiblər.
Əkizlər Los-Ancelesdəki hospitalda doğulublar.
2008-ci ildə ailə qurmş Cey Zi və Beyonsenin 5 yaşlı Blyu Ayvi adlı qızları da var.
Dünən ABŞ prezidenti Barak Obama reper Cey Ziyə videomüraciət ünvanlayaraq "Ümid edirəm ki, əkiz qızlarınız dünyaya gələcək" demişdi.
Milli.Az