Podolski rəsmən Yapon klubunda

16 İyun 2017 16:52

"Qalatasaray"ın hücumçusu Lukas Podolskinin Yaponiyanın "Vissel Kobe" klubuna keçidi rəsmiləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 32 yaşlı hücumçu iyunun 6-da ictimaiyyətə təqdim olunacaq. Müqavilə müddəti və maliyyə şərtləri barədə məlumat verilməyib. 

Bu transfer üçün "Vissel Kobe"nin "Qalatasaray"a 2 milyon 600 min avro təzminat ödəyib.

Milli.Az