Türkiyə klubundan azərbaycanlı məşqçiyə təklif

16 İyun 2017 16:43

Türkiyənin "Adanaspor" klubu azərbaycanlı məşqçinin xidmətində maraqlı olub.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, söhbət U-15 və U-16 millilərimizin baş məşqçisi Vüqar Məmməddən gedir.

Əldə etdiyimiz özəl məlumata görə, PTT 1-ci Liqa təmsilçisi gənc çalışdırıcıya təklif də göndərib. Lakin 39 yaşlı məşqçi AFFA ilə müqaviləsi olduğu üçün adanalıların təklifini geri çevirib.

Məlumatı saytımıza açıqlamasında Vüqar Məmmədin özü də təsdiqləyib. Gənc çalışdırıcı bildirib ki, ona bu təklif "Adanaspor"a yeni idman direktoru təyin edilən Asim İbrahimovdan gəlib. Lakin Vüqar Məmməd hazırda iki milli komandaya başçılıq etdiyi, işinin çox olduğunu nəzərə alaraq, təklifdən imtina etməli olub. Bundan başqa o, təklif üçün "Adanaspor" rəhbərliyinə minnətdarlığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində