"Monako"nun daha bir futbolçusu "Fənərbağça"ya keçir

16 İyun 2017 20:15

Transfer fəaliyyətini davam etdirən "Fənərbağça" "Monako"nun daha bir futbolçusu ilə anlaşıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" Nabil Dirarın ardınca Gil Diasla razılığa gəliblər.  

İstanbul klubu yarımmüdafiənin sol cinahındakı problemi məhz 20 yaşlı portuqaliyalı ilə aradan qaldırmağa qərar verib. Dias qarşıdakı 1 ili icarə əsasında "Fənərbağça"da keçirəcək.
 
"Kanarya" daha öncə Mehmet Ekici ve Matyu Valbuenanı da heyətinə qatmışdı.
 
Qeyd edək ki, Gil Dias 2016-cı ildən icarə əsasında "Rio Ave" klubunda çıxış edib.

Milli.Az