Gəncədə aviabomba tapıldı - FOTO

16 İyun 2017 15:32

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncə şəhərində partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Milli.Az xəbər verir ki, ANAMA-dan APA-ya verilən məlumata görə, Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi, 8-ci küçədə 1 həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd aviabomba (FAB-50) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
 
Əməliyyat FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində