Qadınlar nə istəyir?

16 İyun 2017 15:30

Hər zaman fərqli verlişləri ilə tamaşaçıları təəccübləndirməyi bacaran Lider televiziyasında "Qadınlar nə istəyir" adlı yeni layihə iyunun 18-i ilk efir gününə start verəcək.

Qadınların maraqlarını əhatə edən bütün mövzular öz əksini bu verlişdə tapacaq.

Milli.Az saytına açıqlama verən verilişin layihə rəhbəri Zaur Əliyev qeyd edib ki, "Qadınlar nə istəyir?" verilişi digər qadın verilişlərindən fərqli olacaq.

Bu həftənin bazar günündən etibarən "Qadınlar nə istəyir" verilişini saat 12:00-da, təkrarını isə həftənin çərşənbə günü 12:30-da izləyə bilərsiz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qadınlar nə istəyir?