"Özəl telekanalların hamısının reytinqi bir yerdə ATV-yə çatmır"

16 İyun 2017 14:28

ATV Azərbaycanın ən reytinqli telekanalıdır. Bunu bütün reytinq şirkətləri təsdiqləyir. Hətta bir faktı da deyim ki, Azərbaycanda faəliyyət göstərən bütün özəl telekanallarının reytinqini toplasaq, ATV-yə çatmaz.

Milli.Az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında ATV-nin ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov deyib.
 
O, Azərbaycan telekanallarının reytinq cədvəlinə münasibət bildirərkən deyib ki, ATV nəinki yerli telekanallarla, eyni zamanda ölkəmizdə yayımlanan xarici kanallarla da rəqabətdə birincidir: "Biz xarici kanalları da üstələyirik. Ola bilər ki, müəyyən saatlarda müəyyən verilişlər önə keçir, ancaq ümumi nəticədə biz reytinqdə birinciyik".
 
Xatırladaq ki, dünən "Trend" informasiya agentliyi telekanalların reytinqini açıqlamışdı. Siyahıya Azərbaycan telekanalları arasında ATV, ümumi telekanallar arasında isə Türkiyənin "Star TV" telekanalı başçılıq edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində