Bakıda taksi sürücüsü erməni mahnısına qulaq asdı: sərnişinlər etiraz etdi - VİDEO

16 İyun 2017 13:50

Bakıda taksi sürücüsü erməni mahnısına qulaq asdığı yerdə videosu yayılıb.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, sərnişin sürücüyə iradını bildirdikdən sonra mahnını söndürüb. Video sosial şəbəkədə paylaşılandan sonra sürücü qınaq obyektivinə çevrilib.

"Ermənilər bizim mahnıları oğurlayıb özününküləşdirirlər sən isə burada onların mahnılarına qulaq asırsan". Sərnişinin bu sözlərindən sonra taksi sürücüsü mahnını söndürüb. 

Sürücünün adı və hansı səbəbdən erməni mahnısına qulaq asması məlum deyil. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində