Brayza: "Müharibə nə Azərbaycanın, nə də Ermənistanın marağındadır"

16 İyun 2017 13:46

Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar o zaman başlaya bilər ki, ya Azərbaycan, ya da Ermənistan hökuməti bununla bağlı qərar qəbul etsin.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.

O bildirib ki, belə əməliyyat nə Azərbaycan, nə də Ermənistanın marağındadır: "Ola bilsin ki, Cənubi Qafqazdan kənar hansısa ölkə belə bir provokasiyalar törətsin. Mən ABŞ-ı nəzərdə tutmuram. Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər. Lakin nəticədə bu vəziyyət müharibəyə kimi gedib çıxmadı. Çünki müharibə heç kimin marağında deyil".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində