Mərakeşli yarımmüdafiəçi "Qalatasaray"da

16 İyun 2017 14:04

"Qalatasaray" daha bir futbolçunun transferini həll edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  "Dinamo Kiyev"in yarımmüdafiəçisi Yunes Belhanda İstanbul klubu ilə razılığa gəlib. "Cim bom" 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayacaq.

Kiyev klubu transferdən 6 milyon avro qazanacaq. Mərakeşli havbek baş məşqçi İqor Tudorun öz oyun sxeminə uyğun gördüyü futbolçulardandır. Onun həftə sonu İstanbula gəlməsi və tibbi müayinədən keçməsi planlaşdırılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində