"Yuventus"un xanım azarkeşi dünyasını dəyişdi

16 İyun 2017 13:23

İyunun 3-də Çempionlar Liqasının finalını Turinin mərkəzi meydanında izləyən azarkeşlərdən biri dünyasını dəyişib. "Yuventus"un xanım azarkeşi San-Karlo meydanında baş verən izdiham nəticəsində xəsarət almışdı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 38 yaşlı Erika Piolettinin döş qəfəsinin sıxılması nəticəsində beynində bəzi funksiyalar pozulmuşdu. Valideynləri onun orqanlarını xəstələrə köçürməyə razı olub. "Yuventus" Piolettinin ölümü ilə bağlı yaxınlarına başsağlığı verib. 

Qeyd edək ki, Turində petardaların partlamasını terakt zənn edən kütlə arasında yaşanan panikada 1.5 mindən çox insan xəsarət almışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində