Bolqarıstan hökuməti SOCAR-la danışıqlara başladı

16 İyun 2017 13:18

Bolqarıstanın "Bulgartransgas" şirkəti SOCAR-la danışıqlara başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov bildirib.
 
Onun sözlərinə görə, Bolqarıstan yeni yaradılacaq Balkan qaz habı üçün Azərbaycan qazını tədarük etmək niyyətindədir.
 
"SOCAR-la apardığımız danışıqlarda tədarük olunacaq qazın həcmini müzakirə edirik. Hələliksə hər şey ilkin mərhələdədir. Söhbət" Şahdəniz" yatağından hasil olunan qazdan gedir", - deyə nazir müavini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində