Fransada ali təhsil almış Zakir Məmmədov qətldə ittiham olunur

16 İyun 2017 12:28

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Zakir Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Eynulla Vəliyev sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olib ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Zakir Məmmədov Fransada ali təhsil alıb. Məhkəmənin baxış iclası iyunun 20-ə təyin edilib.

Qətl hadisəsi bu ilin fevralın 5-də baş verib. 64 yaşlı Firudin Hüseynovun meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb. Məlum olub ki, Firudin Hüseynov həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib. Mübahisə zamanı Zakir Məmmədov Firudin Hüseynovun baş nahiyəsindən küt alətlə vuraraq qətlə yetirib. Qətli törətməkdə təqsirli bilinən Z.Məmmədov həbs edilib.

İstintaq araşdırması zamanı Zakir Məmmədovum vətəndaşın etibarından sui istifadə edərək dələduzluq əməli törətməsi də müəyyən edilib. O, qətl hadisəsi törətməmişdən əvvəl dələduzluq etdiyi üçün axtarışda olub. Z.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 186-cı ( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində