"Ermənilər mədəniyyət abidələrimizi özününküləşdirməyə çalışır" - Nazir

16 İyun 2017 11:55

Qonşu dövlət Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında milli sərvətlərimizin, tarixi abidələrin dağıdılması ilə məşğuldur. Artıq bu nümunə münaqişədə kimin günahkar olduğunu aydın göstərir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının açılış mərasimində deyib.
 
Nazir qeyd edib ki, Azərbaycanda heç bir millətə məxsus mədəni irs nümunələrinin birinə də toxunulmayıb: "İşğalçı qonşularımız işğal altındakı torpaqlarımızda mədəniyyət abidələrini özününküləşdirməyə çalışırlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində