Bu simptomlar İNSULTun yaxınlaşmasına işarə edir. Özünüzü yoxlayın!

16 İyun 2017 21:08

İnsult ən ağır pozulamalardan biri sayılır. Statistika göstərir ki, insult keçirmiş insanların yalnız 13-15%-i tam sağalır, əksəriyyəti ya ölür, ya da əlil qalır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, sağ qalanların 50%-də növbəti 5 il ərzində təkrar insult inkişaf edir. Son zamanlar mütəxəssislər insultun xeyli "cavanlaşma"sını müşahidə edirlər. Yəni ki, insultun daha cavan insanlarda və hətta uşaqlarda inkişafı halları artıb.

İnsult inkişaf etdikdən əvvəl onun "müjdəçiləri" meydana çıxır. Təəssüf ki, insanların əksəriyyəti bu simptomlara fikir vermir. Bu simptomları bilmək və vaxtında həkimə müraciət etmək çox vacibdir. Bununla siz sağlamlığınızı və hətta həyatınızı xilas edə bilərsiniz.

İnsultdan xeyli əvvəl bu kimi simptomlar meydana çıxa bilər:

- Yuxululuq və apatiya
- Səbəbsiz yorğunluq
- Hərarətin gah yuxarı, gah da aşağı olması
- Baş gicəllənməsi
- Baş ağrıları (ağrılar başın bir hissəsində və ya bütün başda hiss oluna bilər)
- Arterial təzyiqin gah kəskin artması, gah da düşməsi
Bu simptomların hamısı və ya bir neçəsi sizdə tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət edin!

Milli.Az