"Qızın evli adamla..." - Aktrisanın qızı haqda deyilən aranı qarışdırdı

16 İyun 2017 10:48

Türkiyəli aktrisa Derya Baykal qızı haqqında ağır iddialar səsləndirən Seren Serengilin cavabını verib. Qızı haqqında deyilən sözlərə dözə bilməyən Derya Baykal öz proqramı üzərindən cavab haqqını istifadə edib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Məhkəmədə görüşəcəyik" deyən Baykalın sözlərindən sonra Seren Serengil gözyaşlarını saxlaya bilməyib: "Bir ana olaraq, təbii ki, obyektiv ola bilmirlər. Amma bizim üstümüzə gələnə qədər uşağınıza "qızım, evli adamla adın çıxır" demirsinizmi? Əvvəl qızına evli adamlarla nə işin var deyə soruş".

Qeyd edək ki, müğənni-aparıcı Seren Serengil Derya Şensoy haqda "sevgilimi istifadə edib" deyərək barəsəində pis qadın imici yaratmışdı. 

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində