Kolumbiya xarici işlər naziri Bakıya gəldi

16 İyun 2017 10:21

Kolumbiyanın xarici işlər naziri Maria Anxela Olgin 16-19 iyun tarixlərində Azərbaycanda işgüzar səfərdədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfər əsnasında nazir M.A.Olginin bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Həmçinin, səfər çərçivəsində nazir M.A.Olgin regionlara səfər edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində