Yanğın qurbanlarına yardımlar səngimir - FOTO

16 İyun 2017 12:33

Londonun qərbində yerləşən "Grenfell Tower" yaşayış binasının alışıb yanması nəticəsində həlak olanların və yaralananların ailəsinə Britaniyada xalq yardımları davam edir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yardımlar şəhərin Şimali Könsinqton səmtində toplanır.

Yardım edənlərin arasında müxtəlif dindən, millətdən, irqdən olan isanlar var.

Britaniyalılar faciədən sonra birləşdiklərini, belə texnogen fəlakətin təkrarlanması üçün zəruri addımlar atılmasını tələb etdiklərini deyirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində