Dostları ilə yeyib-içərkən səhhəti pisləşərək ölüb - Azərbaycanda

16 İyun 2017 08:42

Neftçala rayonunda ölüm hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Kol Qaraqaşlı kəndindəki kafedə qeydə alınıb.

Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Namiq Vaqif oğlu Xankişiyev dostları ilə birlikdə yeyib-içərkən gözlənilmədən səhhəti pisləşərək ölüb. Onun normadan artıq spirtli içki qəbul etdiyi bildirilir.  

Milli.Az