ABŞ Əfqanıstana əlavə 4 min əsgər göndərəcək

16 İyun 2017 08:34

Pentaqon ABŞ-ın Əfqanıstandaki hərbi kontingenti artırmaq üçün ora əlavə dörd min əsgər göndərəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ABŞ-ın Əfqanıstana əlavə dörd min əsgər göndərilməsi gələn həftə elan olunacaq.

Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp Pentaqonun rəhbəri Ceyms Mettisə Əfqanıstanda ABŞ hərbçilərinin sayının təyin edilməsi səlahiyyətini verib. Hal-hazırda Əfqanıstanda 8,4 min amerikalı əsgər var.

Milli.Az