Dünya çempionumuz əməliyyat olundu: “Sağlamlığımı itirdim”

15 İyun 2017 23:59

Kikboks üzrə 3 qat dünya çempionu Fuad Zeynalov ürəyindən əməliyyat olunub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, xəstəxanadan fotosunu paylaşan idmançı bu haqda sosial şəbəkədə məlumat yayıb: "Bu həyatda idmanın sayəsində çox şeylər qazandım: ad-san, əzmkarlıq, güc, çempionluq hissi, özünə güvən, iradə, yaxşı bədən forması, pul kənardan diqqət və qayğı və s. Amma sağlamlığımın bir hissəsini itirdim. Nə isə qazanmaq üçün nə isə qurban verirsən. Bu günü də belə yola verdik. Bu günümüzə də şükür".

Qeyd edək ki, onun ürəyindən əməliyyat olunduğunu isə müğənni Vüqar Muradov öz səhifəsində yazıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində