Bərdədə 5 otaqlı ev yandı

15 İyun 2017 23:56

Bərdə rayonu, Yeni Daşkənd kəndində yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə rayonu, Yeni Daşkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 8 m2 sahədə və yaxınlıqdakı digər vətəndaşa məxsus 8,5 ton ot bağlamasının 2,5 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində