Bruma "Qalatasaray"la vidalaşdı

16 İyun 2017 07:48

İyunun 14-də rəsmən "RB Leipzig"in futbolçusu kimi təqdim olunan Armindo Bruma "Qalatasaray" camiəsi ilə vidalaşıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi sosial şəbəkədəki hesabından bunları yazıb:

"İstanbula gəldiyim vaxt 18 yaşım vardı. İnsan həyatının ən önəmli dönəmlərindən birində idim. Futbol meydanlarında olduğu kimi insan kimi də inkişaf eədcəkdim. Sizinlə, "Qalatasaray"la böyüyəcəkdim. İstanbula gələndən bəri özümü evimdəki kimi hiss etdim. Klubda hamı mənə evin kiçik oğlu kimi sahib çıxdı. Məni çox sevdilər, hörmət göstərdilər. Bu gün "Qalatasaray"dan ayrılıram. Klub rəhbərliyi, göstərdikləri böyük sevgiyə görə azarkeşlərə təşəkkür edirəm. Mənə çox şey verdiniz. Ümid edirəm, bir gün bunun əvəzini qaytara biləcəm. Qarşıda məni yeni sınaq gözləyir. "RB Leipzig"də də məni dəstəkləyəcəyinizi bilirəm. Qəlbim sizinlə olacaq. Həyatı bilmək olmaz, bəlkə, yollarımız yenə kəsişər və evimə dönərəm. Amma həmin günə qədər "Qalatasaray"ı bir azarkeş kimi dəstəkləyəcəm. Həyatınızda yer almaq mənim üçün şərəf idi, özünüzə yaxşı baxın".

Qeyd edək ki, Brumanın transferi "sarı qırmızılar"a 15 milyon avro qazandırıb. Bu, 2011-ci ildə "Atletiko Madrid"ə transfer edilən Arda Turandan əldə olunangəlirdən 3 milyon avro çoxdur.

Milli.Az