"Çocuklar duymasın"ın yeni seriyalarından ilk FOTO

16 İyun 2017 08:22

İyulda ekranlara qayıdacaq "Çocuklar duymasın" serialından ilk foto yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Pınar Altuğ və Tamer Karadağlının baş rollarda çəkildiyi ekran işindən ilk görüntünü serialın prodüseri Birol Güven paylaşıb.

O, "Çocuklar duymasın" çox yaxın zamanda başlayır" yazaraq izləyiciləri həyəcanlandırıb.

Qeyd edək ki, ilk yayımda TGRT-də başlayan, daha sonra ATV və FOX TV-də davam edən layihə bu dəfə Kanal D-də yayımlanacaq.

Milli.Az