Hicaba görə qovuldu, şirkəti məhkəməyə verdi - FOTO
30 İyun 2011 06:38
Milli.Az xəbər portalı "USA Today"ə istinadən bildirir ki, ABŞ-dakı "Abercrombie & Fitch" şirkəti məhkəməyə verilib. Şirkətin 20 yaşlı sabiq meneceri Hani Xanın dediyinə görə, onu başıhicablı olduğuna görə işdən qovublar.
"Rəhbərlik mənə bildirdi ki, işə gələndən sonra ofisdə başımı açaraq hicabı çıxara bilərəmmi?! Mən də "yox" cavab verəndən sonra işimdən kənarlaşdırdılar. Bu, qanusuzluqdur və hüquqlarımı bərpa etmək üçün məhkəməyə üz tutdum", - Hani Xan deyib.
O, "Abercrombie" şirkətinin Kaliforniyadakı törəmə şirkəti "Hollister Co"da çalışırdı.
Xan onu da deyir ki, San-Mateo şəhərindəki "Hillsdale" ticarət mərkəzində işə düzələndə ona hicabın problem yaratmadığını dedilər. Lakin 4 ay sonra isə qadının qarşısına hərt qoyulub.
San-Fransiski Məhkəməsinin qərarı açıqlanmasa da, vəkillər Hani Xanın qalib gələcəyinə və iddiasının tam təmin ediləcəyinə şübhə etmirlər.
Hani Xan sabiq iş yerinin ona böyük məbləğdə təzminat ödəməsini də istəyir.
Milli.Az