Marketlərdə köhnə məhsullar satılır - FAKT - VİDEO

15 İyun 2017 20:38

Bakıda marketdən qatıq alan şəxs gördüyü mənzərə qarşısında heyrətlənib. Adətən ağ rəngdə olan qatıq elə kiflənib ki, üz hissəsnin rəngi dəyişib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu mənzərə ilə Bakı yaşayan Saxvəli Vəliyev qarşılaşıb.
Məhsulun satıldığı marketdən isə bildirilib ki, sözügedən qatıq ''uzun ömür süd məhsulları'' MMC nin məhsuludur.Və tez-tez belə xarab olma halı aşkarlanır. Buna görə məsuliyyət istehsalçının üzərində düşür. Məhsulun son istifadə tarixi 18 iyun olduğuna görə bu məhsulu satışdan yığışdırmayıblar.
Bu qatıqın isthesalçısı olan şirkət ilə əlaqə saxlamaq çalışsaqda məhsulun üzərində göstərilən nömrəyə cavab verən tapılmadı.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, məhsulun vaxtı bitmədən xarab olması o mənaya gəlir ki, onun saxlama şəraitinə əməl edilməyib.Bu hala görə sahibkar 400 ,məhsulun üzərində son istifadə tarixinin oxunaqlı olmamasına görə isə 1500 manat miqdarında cərimə oluna bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Marketlərdə köhnə məhsullar satılır - FAKT