Daşkəsəndə 10 yaşlı oğlanı ilan sancıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Bayan kənd sakini, 2007-ci il təvəllüdlü Əzizov Aqşin Aqil oğlu otluqda hərəkət edən zaman ilan onun sol ayağından sancıb.
Uşaq dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. A. Əzizova tibbi yardım göstərilib.
Milli.Az