Bakıda məşhur mağaza müştəriləri aldatdı? - FOTO - VİDEO

15 İyun 2017 19:24

Bakıda yerləşən "MusicGallery" mağazası müştərilərini aldadıb.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, mağazanın dünən elan etdiyi kampaniyanın yalan olduğu məlum olub.

Belə ki, yüzlərlə müştərini 28 Mall və Əhmədli filiallarına toplayan mağaza rəsmiləri endirim edilən məhsulların bitdiyini bildiriblər.

Müştərilər mağazanın sosial şəbəkə səhifəsində paylaşdığı fotoya yalan elan verdiyi üçün çoxsaylı şikayət və təhqirlər yazıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda məşhur mağaza müştəriləri belə aldatdı?