Putin müxalifətlə əməkdaşlığa hazırdır - Özü bəyan etdi

15 İyun 2017 17:38

Rusiya prezidenti Vladimir Putin müxalifət qüvvələri ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Milli.Az xəbər  verir ki, APA-nın məlumatına görə, o, bunu televiziya tamaşaçıları ilə "Canlı əlaqə" zamanı deyib.

Bununla yanaşı Putin qeyd edib ki, öz siyasi məqsədləri üçün digərlərinin çətinliklərindən yararlanan qüvvələrlə əməkdaşlıq etməyəcək.

"Problemlər ətrafında spekulyasiya aparmaq yox, onların həlli variantlarını təklif etmək lazımdır", - deyə o vurğulayıb.

Milli.Az