Bakı metrosunda hadisə: qadın özündən getdi

15 İyun 2017 14:59

Bu gün Bakı metrosunun "İçəri şəhər" stansiyasında qadının halı pisləşib.

Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təxminən 40 yaşlarında olan xanımın halı qəflətən dəyişib. Müvazinəti itirən qadına görə təcili tibbi yardım çağırılıb. 

Həkim briqadası qadına tibbi yardım göstərdikdən sonra səhhəti normallaşıb.

Milli.Az