Aİ Rusiyaya qarşı sanksiyaların vaxtını uzadacaq

15 İyun 2017 20:07

Aİ-nin Xarici İşlər Şurası  Rusiyaya qarşı sanksiyaların müddətini 23 iyun 2018-ci il tarixinədək  uzatmaq niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-yə üzv ölkələrin XİN rəhbərlərinin planlaşdırılan iclasında qəbul ediləcək qərar layihəsində bildirilir.     

Məhdudiyyətlər Aİ vətəndaşlarına və şirkətlərinə Krım və Sevastopoldan Aİ ölkələrinə malların idxalını, bu ərazilərdə turizm xidmətlərinin göstərilməsini qadağa edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində