"Lester" transfer istəyinə çatmadı

15 İyun 2017 13:46

"Vest Bromviç Albion" Conni Evvansı komandada saxlamaq istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Lester" müdafiəçiyə görə 10 milyon funt təklif etsə də, rədd cavabı alıb. Şimali İrlandiya millisinin üzvünün "Vest Bromviç"lə 2019-cu ilə kimi müqaviləsi var. 29 yaşlı müdafiəçi 2015-ci ildə "Mançester Yunayted"dən Albion təmsilçisinə keçib. O, 54 dəfə milli komandanın da şərəfini qoruyub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində