ABŞ-da bomba təhlükəsi - İnsanlar təxliyyə olundu

15 İyun 2017 12:42

ABŞ-ın Çarlton dəniz limanındakı insanlar bomba təhlükəsi səbəbindən təxliyyə olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Sahil Mühafizəsi Xidmətinin əməkdaşının sözlərinə görə naməlum "sui-qəsdçi" Youtube-da limana yaxınlaşan gəminin göyərtəsində bomba olduğunu bildirib. Partlayış təhlükəsi səbəbindən insanlar evakuasiya edilib.

Bombanın "Maersk Memphis" gəmisində olduğu güman edilir.

Faktla bağlı ətraflı məlumat hələ ki verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində