Dua etmək və qurban kəsmək ibadət sayıldığı üçün, bu əməlləri Allahdan başqası üçün etmək ən böyük günah olan şirkdir.
Milli.Az zikr.az-a istinadən bildirir ki, uca Allah ona şərik qoşub tövbə etməyənlərin əbədi olaraq Cəhənnəmdə qalacaqlarını bildirmişdir: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisə, 116).
"De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm". (əl-Ənam, 162-163).
Ona görə də, belə etməkdən tövbə edin. Əgər qurban kəsmək istəsəniz, yalnız Allah üçün kəsin və bunu öz həyətinizdə və ya digər qadağan olmayan yerlərdə edin.
Milli.Az