Dərinin qurumasına qarşı təsir edən qidalar

17 İyun 2017 20:45

Dəri quruluğu yüksək miqdarda E vitamini çatışmazlığından və bədənin susuz qalmasından irəli gəlir. E vitamini, toxumaların pozulmasının qarşısını almağa kömək edir. Bu səbəblə əgər quru dəriyə malik olsanız, qidalanma vərdişlərinizə E vitamini ehtiva edən qidaları əlavə etməyiniz lazımdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, E vitamini ehtiyacını qarşılamaq üçün süfrənizə daha çox tərəvəz, yağ və balıq əlavə etməyiniz lazımdır. E vitaminini bir çox bitkilərdən, təbii yağlardan və quru meyvələrdən bədənin ehtiyac duyduğu miqdarda almaq mümkündür.
İndi isə, gəlin E vitamini baxımından zəngin olan qidalarla tanış olaq:
- Balıq
- Göbələk
- Fındıq
- İspanaq
- Gül kələmi
- Manqo
- Quru ərik
- Soya, qarğıdalı, günəbaxan yağı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində