Əhli-kitabın kəsdiyi heyvanın ətini yemək olarmı?

17 İyun 2017 19:15

Bu məsələdə məzhəblər arasında fikir ayrılığı vardır. Sünni məzhəbində geniş yayılmış hökmə görə, əhli-kitabın hazırladığı bütün yeməklər halal sayıldığı kimi, kəsdiyi heyvanın əti də halaldır - hətta tanrının adına kəsilməsi niyyət edilməsə və ya bu niyyət yaddan çıxsa belə. Ən azından, belə bir şübhə yaransa, əti yeyən adamın özü "bismillah" deyib yeyə bilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, şiə məzhəbində uzun müddət hakim olmuş hökmə görə, əhli-kitabın nəm halda əli dəyən hər bir yemək murdar sayılırdı. Lakin son zamanın müctəhidlərinin əksəriyyəti əhli-kitabı pak sayaraq, onun toxunduğu şeyləri də pak bilirlər. Bununla belə, bu şərt əhli-kitabın kəsdiyi heyvanlara şamil deyil. Yəni əhli-kitabın kəsdiyi heyvan şiə alimlərinin əksəriyyətinin fikrincə yeyilə bilməz (bəzi müctəhidlər bu barədə qəti fətva verməmiş və hətta əhli-kitab heyvan kəsərkən "bismillah" desə belə, yenə ehtiyata əməl etməyi və o əti yeməməyi buyurmuşlar).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində