Bunun əsas mənbəyi Qurani-kərim ayəsidir: "Həqiqətən, Məryəm oğlu İsa Məsih Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur" (Nisa, 171).
Milli.Az islam.az-a istinadən bildirir ki, əslində, bütün insanların ruhu Allahdandır. Qurani-kərimdə Allahın ilk insan olan Həzrət Adəmə (ə) ruh üfürməsindən danışılır (Səcdə, 7-9; Hicr, 28-29). "Allah öz ruhundan ona üfürdü" deyilərkən, heç də həmin ruh Allahın tərkib hissəsi kimi təsəvvür edilmir. Allah bütün yaratdıqları kimi ruhu da özünə aid edir, "bəndəm" buyurduğu kimi, "ruhum" buyurur. Buradakı "ruhum" sözündən məqsəd "mənim yaratdığım və mənə tabe olan ruh" deməkdir. İsa Peyğəmbər (ə) də sair insanlar kimi Allahın Ona bəxş etdiyi ruh əsasında yaranmışdır. Cəbrail (ə) Allahın əmri ilə Məryəmə İsanın (ə) ruhunu üfləmiş, bunun nəticəsində Məryəm hamilə qalmışdı.
Milli.Az