Niyə Qədr gecələrinə “əhya gecələri” deyilir?

17 İyun 2017 08:35

Ərəb dilində "əhya" (daha dəqiqi "ihya") diriltmək, canlandırmaq mənalarını verir. Bu söz həm də oyaqlıq mənasını ifadə edir. Gecə yatmayan, oyaq qalan şəxsə də bu sözü aid edirlər. Dini mətnlərimizdə yuxu kiçik ölüm kimi təsvir edilir. Yuxu zamanı ruh qismən bədəndən çıxır, daha sonra Allahın izni ilə bədənə qayıdır. Ona görə də yatmaq ölümə, oyaq qalmaq isə diriliyə bərabər tutulur.

Milli.Az islam.az-a istinadən bildirir ki, Qədr gecələrində oyaq qalmaq, bütün gecəni və ya heç olmasa gecənin bir hissəsini dua, ibadət və təfəkkürlə keçirmək, dini fəaliyyətlə məşğul olmaq savabdır. Müsəlmanlar bu gecələrdə məscidə yığışır, kütləvi şəkildə dualar oxuyur, müstəhəb ibadətlər edir, alimlərin xütbələrini dinləyirlər. Qədr gecələrini evdə keçirənlər də fərdi şəkildə ibadət edir, dini ədəbiyyat oxuyur, dini söhbətlər edirlər. Adətən, insanlar bu gecələrdə oyaq qaldıqlarına görə, xalq içində Qədr gecələrinə "əhya gecələri" deyirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində