Yanan binada iki uşağı ilə qalan ana: "Allah eşqinə, bizi ölməyə qoymayın!" - VİDEO - FOTO

15 İyun 2017 13:58

"Allah eşqinə, yardım edin! Boğuluruq, ölürük! Bizə kömək edin"

Raniyə İbrahim Facebook-dakı profilində canlı yayıma çıxaraq yardım istəyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 30 yaşlı R.İbrahim Britaniyanın paytaxtı Londonun qərbindəki "Grenfell Tower" yaşayış binasında itkin düşmüş qadınlardan biridir.

Facebook-da canlı yayımdan sonra Raniyə Snapchat-dakı profilinə tüstü dolan mənzilinin videogörüntüsünü yükləyərək paylaşıb və yazıb: "Biz buradan necə çıxaq, ölümdən necə qurtulaq?!"

Əslən sudanlı olan Raniyə İbrahim 24 mərtəbəli binadakı mənzilində iki kiçik övladı ilə qalmışdı.

Onun əri Misirdə idi.

Edgware Road-da yaşayan 55 yaşlı Süheyr Şərifin dediyinə görə, Facebook-da videonu görən kimi polisə və xilasetmə xidmətinə zəng vurub.

Raniyə İbrahim və onun övladları barədə hələlik heç bir xəbər yoxdur.

24 mərtəbəli yaşayış binasındakı yanğın nəticəsində 12 nəfər həlak olub, 57 yaralanıb. Onlarla insan itkin düşüb. Bu insanlar barədə hələlik heç bir məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

London faciəsindən dəhşətli kadrlar