"Kara Sevda"da gözlənilməz səhnə - İzləyicilər ssenaristi söydülər - VİDEO

15 İyun 2017 09:30

Türkiyənin reytinqli seriallarından olan "Kara Sevda"nın ötən gün yeni seriyası yayımlanıb.

Milli.Az "gecce magazin"ə istinadla bildirir ki, ekran işinin son səhnəsi gecənin ən çox müzakirə edilən mövzularından olub. Belə ki, serialın son səhnəsindəki Kemal obrazının Nihan tərəfindən vurulması izləyicilər üçün gözlənilməz olub. Sosial şəbəkəyə axın edən istifadəçilər ssenaristi mənasız ssenari yazmaqda günahlandırıblar. Hətta onun ünvanına təhqir yazanlar da olub.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində