Hansı daşlar nəyə xeyirlidir?

15 İyun 2017 21:20

Dünyanın müxtəlif yerlərində tapılan şəfalı daşların məlum olmayan bir çox faydası mövcuddur.

Deyerler.org xəbər verir ki, bu daşlar xüsusilə verdikləri enerji ilə bir çox xəstəliyin şəfasıdır. Bəs, hansı daşların nəyə xeyirli olduğunu heç bilirsiniz?

Ametist
Otaqda olan ametist daşının bir hissəciyi belə, konsentrasiyanı artırır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ruhu qidalandırır. Ametist çox güclü enerjiyə malikdir. Ayda bir dəfə axar suyun altında qoyub, 2 saat suda saxlamaq lazımdır.

Akvamarin
Tənəffüs yollarına çox təsirli bir müalicə daşı olub, bronxit və astma tətbiq oluna bilər. Özünə inamı, ailədə harmoniyanı təmin edir. Günəşdə enerjisi daha da aktiv olur.

Firuzə
İlk növbədə tənəffüs yolu xəstəliklərində çox təsirlidir. Orqanizmə kifayət qədər oksigeni təmin edərək, sinir və əzələləri aktivləşdirir.

Kalsedon
Xüsusilə tənəffüs yolları xəstəliyində, soyuqdəymədə, bədənin müqavimətini artırmaqda, hərarətli xəstəliklərdə faydalıdır. Gözlərin cavanlaşması və canlanması üzərində effektivdir.

Əqiq
Tam və yarım qiymətli daşların arasında əqiqin çox mühüm bir yeri vardır. Nəsil artımında effektivdir.

Kəhrəba
Tənəffüs, yolları ağız boğaz genetik infeksiyalarda istifadə edilir və olduqca təsirlidir.

Yəşəm (Jasper)
Qan dövranını tənzimləyir və enerji verir. Ayaq ağrılarında təsirlidir. Nəsil artırmaya təsir göstərir.

Obsidan
Ani soyumuş lavadır. Qaraciyər üzərinə qoyulan bir qədər obsidan qaraciyərin təmizlənməsində faydalıdır.

Sitrin
Bədəndən zəhərli maddələrinin atılmasını və enerji ilə təmin edir. Qan dövranını təmin edir, qanın kifayət qədər oksigenlə qidalanmasını təmin edir və damar tıxanmasının qarşısını alır.

Mərcan
Qan istehsalını təşviq edir və infeksiyadan qoruyur.

Unakit
Orqanizmdə qan dövranını təmin edir. Müalicə alan xəstənin nasazlığının irəliləyişini dayandırır.

Zümrüd
Fiziki və ruhi baxımdan gənc olmağınıza və valideyn münasibətlərində müsbət təsirlidir. Şans daşı kimi tanınır. Hər iki cinsdə məhsuldarlığı artırır.

Yaqut
Qanın yenilənməsini təmin edir. Qaraciyərin funksiyasını artırır. Leykemiyadan müəyyən miqdarda qoruyur, intuisiya gücünü artırır.

Oniks
Sümüklərdə ilik yaranmasında istifadə edilir.

Peridot - Xrizolit
Bədəni təmizləyib bədənlə zehnin ahəngini təmin edir. Təşvişi azaldıb zehni açır.

Aventurin
Sevinc daşıdır. Qəlbə sükünət verir, yuxusuzluğu olanlar üçün tövsiyyə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində