Meyit qüslü verən adamın orucu batil olurmu?

15 İyun 2017 21:15

İslam şəriətinə görə, rəhmətə getmiş şəxsin soyumuş cənazəsinə toxunan adam qüsl almalıdır. Buna "məssi-meyyit qüslü", yəni ölüyə toxunmaq qüslü deyirlər. Namaz qılmaq üçün mütləq bu qüslü yerinə yetirmək lazımdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, boynunda məssi-meyyit qüslü olan şəxs namaz qıla bilməz. Amma bu hökm oruca şamil edilmir. Cənazəyə toxunmuş şəxsin orucu pozulmaz. Əgər gecə iftardan sonra cənazəyə toxunmuşsa, səhər qüslsüz oruca başlaya bilər, amma sübh namazı üçün qüsl almalıdır. Eləcə də, oruc tutduğu halda gün ərzində cənazəyə toxunsa (məsələn, cənazəyə qüsl versə), orucu düzgündür, amma namaz üçün məssi-meyyit qüslü etməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində