Kişi hamilə nişanlısını aldatdı: təyyarədə yad qadınla sevişdi - FOTO

13 İyun 2017 11:49

"Ryanair" aviaşirkətinin İngiltərənin Mançester şəhərindən İspaniyaya məxsus Balear arxipelaqındakı İbiza kurortuna uçan təyyarəsində qalmaqal yaranması barədə məlumat vermişdik.

İki sərnişin təyyarədəki digər şəxslərə fikir verməyərək oturacaqda qucaqlaşmağa, öpüşməyə başlayıblar. 24-27 yaşlı qadın 35 yaşlı kişinin qucağına oturandan sonra biabırçı olay başlanıb. Yaşananları digər sərnişinlər smartfonlarla çəkiblər. Sərxoş cütlüyün sevişməsini stüardessalar dayandırıblar.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, həmin şəxslərlə bağlı yeni məlumat əldə edilib. Məlumata görə, təyyarədə sevişənlər sevgili deyilmişlər. Belə ki, kişinin hamilə nişanlısı var imiş və səyahət zamanı o, evdə olubmuş. 

Milli.Az fotoları təqdim edir:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində