Azərbaycanda 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlandı
28 İyun 2011 18:55
Azərbaycan Təhsil Nazirliyi 2010-2011-ci tədris ili üçün ölkədə ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, imtahanın nəticələrini www.edu.gov.az saytında "İmtahan" bölməsində yerləşdirilib.
Buraxılış imtahanlarının keçirilməsinə iyunun 2-dən başlanılıb və 17-dək davam edib.
Şagirdlərin şəhadətnaməyə yazılacaq yekun qiyməti şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək.
Milli.Az