Ən qədim tarixə malik 10 rəqs haqqında BİLMƏDİYİNİZ FAKTLAR - FOTO

19 İyun 2017 08:52

Rəqslər musiqinin müşayiəti altında bədən hərəkətlərindən ibarətdir. Qədim dövrlərdə rəqslər çox sadə olub. İnsanlar müəyyən bir ritm altında əllərini istənilən şəkildə sərbəst hərəkət etdirərək rəqs edirdilər. Rəqslər əsasən mərasimlərin, bayramların mühüm hissəsini təşkil edib. Bu gün bizə məlum olan bir sıra qədim rəqslərin maraqlı tarixi var.

Milli.Az sizə hazırda unudulan və yox olmaq üzrə olan qədim rəqslərin yaranması haqqında bilmədiyiniz faktları təqdim edir:

1. Ölülərlə rəqs - Madaqaskar əhalisinin çox qəribə bir adəti var. Yerli əhali hər yeddi ildən bir unikal mərasim keçirir. Ada sakinləri öz yaxınlarının məzarlarını açıb cəsədləri çıxarırlar. Daha sonra cəsədin köhnə tozlu kəfəni yenisi ilə əvəz edilir. Ölülərin qalıqları təkrar dəfn edilməzdən əvvəl heyvan ətlərindən hazırlanmış süfrə açılır. Əhali süfrə arxasında cəsədləri çiyinlərinə alaraq musiqi sədaları altında rəqs edirlər.

2. Müqəddəs Vitta rəqsi - Almaniyada 14-15-ci əsrlərin ortasında bu rəqs inanılmaz dərəcədə fenomen olub. Bu rəqsi hətta "kütləvi dəliliyin" erkən təsvir edilmiş formalarından biri kimi qiymətləndirirlər. Yüzlərlə insan bütün gün ərzində qeyri-ixtiyari, səbəbini belə bilmədən, şüursuz şəkildə yorulana qədər rəqs edir. Bu rəqs həftə ərzində dayanmadan davam edir. İlk dəfə bu maniya partlayışı 1374-cü ildə Aaxen şəhərində qeydə alındıqdan sonra bütün Avropada yayılıb.

3. Mövlana rəqsi - Türkiyədə dini mərasimlərdə "fırlanan dərvişlər"in nümayiş etdirdiyi məşhur rəqs. Xüsusi ayin mərasimlərində mevləvi qardaşlar rəmzi rəqs zamanı sanki başqa bir dünyaya düşürlər. Rəqs prosesində transa keçən dərvişlər ilahiylə ittifaqa girir. Rəqsdə istifadə edilən bütün elementlər simvolikdir. Ağ geyim kəfəni, dəvə yunundan hazırlanmış papaq isə qəbirdaşını simvolizə edir. Belə taxılan qara rəngli kəmər isə mənəvi dirçəlişin rəmzidir. 13-cü yüzillikdə Türkiyədə Mevlevi tərəfindən əsası qoyulan rəqs bu günə qədər Türkiyədə davam etdirilir.

4. Vendiqo rəqsi - Alkoqin hindlilərin ənənəvi rəqsidir. İnsanlar rəqs vasitəsilə çürümüş parçalardan ibarət geyim, qəribə saç düzümü ilə adamyeyən bədheybətləri təsvir edir. Rəqs edənlər ovçu bədheybətlərin dəlisov hərəkətlərini təqlid edir.

5. Tarantella - İtaliyanın Neapol şəhərində 15-ci yüzilliklərdə yaranmış Tarantella rəqsi. Rəqsin adı haqqında iki maraqlı versiya var. Belə ki, bir qrup insanlar rəqsin adının Taranto şəhəri ilə bağlı olduğunu düşünür. Digərləri isə bu yerlərdə tez-tez rast gəlinən nəhəng hörümçəklə əlaqələndirir. İnsanlar hesab edirdilər ki, bu hörümçəklər zəhərlidir. Hörümçək dişləməsindən yaranan ölümcül xəstəliklərdən qurtulmaq üçün insanlar sadəcə çoşqun və sürətli rəqslər etməyə başlayıb. Yalnız 300 il sonra məlum olub ki, hörümçəklər zəhərli deyilmiş.

6. Morrisa rəqsi - Bu qədim ingilis rəqsidir. Qədim ingilis ənənəsinə görə bu rəqs keçmişdə bütpərəstlər tərəfindən yaradılıb. Bir qrup tədqiqatçılar isə bu rəqsin çox qədimdə mövcud olduğunu iddia edir. 16-cı əsrdə Avropa küçələrində maraqlı kostyumlar və zınqırovlarla oynanılan rəqslər məşhur olub. Böyük Britaniyada bu maraqlı rəqs hələ də davam edir.

7. Kaçinanın şərəfinə rəqslər - Bu rəqslər təbiətdə mövcud olan Kaçina ruhu ilə əlaqəlidir. Rəvayətə görə, bu ruh yarım il kəndlərdə hindlilərlə birlikdə yaşadıqdan sonra hər dəfə iyul ayının sonlarına doğru öz dünyasına qayıdıb. Yerli sakinlər isə Kaçinanın ruhunu təntənəli şəkildə yola salıb. Kənddə Kaçinanın şərəfinə 50 nəfər rəqqas maskalı və rəngarəng kostyumlar geyinərək 8 gün dayanmadan rəqs edir, dini mahnılar oxuyurlar.

8. Qılınclarla rəqs - Pakistanda ənənəvi qılınclarla oynanılan rəqslər mövcuddur. Dünyada ən tanınmış rəqslərdən biri olan bu ənənəvi rəqs, Pakistan və Nepalda təntənəli toy mərasimlərində oynanılır. Qədim Yunanıstana gələn ənənə Avropada, xüsusilə Müqəddəs Roma imperiyası ilə qonşu olan ölkələrdə geniş yayılmağa başladı. Bu rəqslər təxminən dörd minillik ərzində formalaşıb. Qılınclarla rəqs növləri əsasən döyüş növlərinin ayrılmaz hissəsi olub. Çin operasının dörd əsas rəqsindən biri məhz qılınclarla bağlıdır. Osmanlılar isə qılınclarla ifa edilən rəqsləri qadağan ediblər.

9. Kandoble ayin rəqsi - Braziliyada 20-ci əsrin ortalarına qədər qadağan edilən bu qəribə və sirli dini rəqs Afrikadan bura köç edən qullardan sonra yenidən yayılmağa başladı. Rəqsin əsas məğzini dini mərasimlərdə monoton hərəkətlərin təkrarı təşkil edir. Trans vəziyyətində olan rəqqasların Allahla ünsiyyətdə olduğu güman edilir. Baraban sədaları altında gerçəkləşdirilən rəqslərdə insanların ruhunu təmizlədiyi qeyd edilir.

10. Zalonqo rəqsi - Yunanıstanda mövcud olsa da, bu, əslində rəqs yox tarixdir. Belə ki, bu, tarixi soyqırımı faktı ilə əlaqəlidir və hər bir yunan vətəndaşı bunu əzbər bilir. 1803-cü ildə imzalanan sülh razılaşmasını pozan Osmanlı vassalı Əli-Paşa hücum edərək yüzlərlə insanı öldürüb, qadınları isə əsir alıb. Hadisələrə etiraz əlaməti olaraq, 50 qadın əllərində körpələri ilə Zalonqo adlanan sıldırım qayanın üstünə çıxıb. Əvvəlcə körpələrini qayadan atan qadınlar daha sonra özləri də uçurumdan tullanıblar. Bu barədə şayiələr bütün Osmanlıda, eləcə də, Avropada yayılıb. Dünya şöhrətli rəssamlar, yazarlar bu hadisəni özlərinin əsərlərində təsvir edib. Yunanıstanda bu günün şərəfinə qadınlar əllərində körpələri ilə rəqslər edir. (publika.az)

Milli.Az