Tanınmış aktyor Aras Bulut İynemli ilə aktrisa Hande Erçel reklam siması olduqları firmanın yay kolleksiyası üçün kamera qarşısına keçiblər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, çəkiliş zamanı əyləncəli anlar yaşayan cütlük xoşagələn davranışları ilə diqqət çəkib. Datçada rəngarəng bağlarda gerçəkləşən çəkiliş iki günə yekunlaşıb.
Ali Demirelin rejissoru olduğu reklamın ekranlaşdırılması zamanı Arasla Hande tez-tez yağışa da düşüblər.
Qeyd edək ki, Aras Bulut İynemli "İçerde" serialında Mert obrazını canlandırır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində