"ABŞ İŞİD-i birbaşa dəstəkləyir" - general Müstafa İzadi

11 İyun 2017 23:59

Vaşinqton İŞİD terror təşkilatına birbaşa dəstək göstərir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu İran Silahlı Qüvvələrinin qərərgah rəisinin müavini Müstafa İzadi deyib.
"İslam inqilabı liderinin (Əli Xamenei) bundan əvvəl dediyi kimi, bizdə İslam ölkələrini xaraba qoyan və kütləvi qətl və toqquşma dalğası yaradan bu iyrənc cərəyanın (İŞİD) Amerika imperializmi tərəfindən birbaşa dəstəklənməsini sübut edən sənəd və məlumatlar var", - deyə "Fars" agentliyi İzadinin sözlərini sitat gətirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində